HƏMAS-nin hücumu nəticəsində ölənlərin sayı 1200-ü ötüb, İsrail ordusu HƏMAS-yə hücumları gücləndirir. Bu barədə İnsanoid “The Times of İsrael” nəşrinə istinadən bu gün, 11 oktyabr tarixində xəbər verir.
İsrail ordusu Qəzza zolağına kütləvi zərbələr endirib və bir gecədə HƏMAS-yə məxsus ən azı 150 hədəfi vurub.
HƏMAS-nin şənbə günü İsrailə qarşı hücumu nəticəsində ölənlərin sayı 1200-ü ötüb, 3000-dən çox yaralı var.
Oğurlanaraq Qəzza zolağına aparılan təxminən 150 nəfərin taleyi hələ də bəlli deyil.