Həmasın hücumu nəticəsində İsraildə ölən və yaralananların sayı artmaqda davam edir. Bu barədə İnsanoid xarici KİV-lərə istinadən bu gün, 9 oktyabr tarixində xəbər verir.
Oktyabrın 7-də HƏMAS və “İslami Cihad”ın İsrailin cənubuna hücumu nəticəsində ölən və yaralananlarla bağlı son məlumat:
- İsraildə ölənlərin sayı 700 nəfəri keçib;
- İsrailin cənubunda musiqi festivalına gələn ən azı 260 ölü ziyarətçi tapılıb;
- Ölən İsrail ordusunun şəxsi heyətinin sayı 73 nəfərdir;
- Xəsarət alanlar - 2200 nəfər;
- 100-dən çox israilli əsir düşüb, onların arasında yüksək rütbəli zabitlər də var;
- Qeyri-rəsmi məlumatlara görə, təxminən 750 israilli itkin düşüb.