İsrailin Yerusəlim şəhərində polisə bıçaqla hücum olub, ölən və yaralanan var. Bu barədə 30 oktyabr tarixində Report “The Times of İsrael”ə istinadən məlumat verib.
Polis bıçaqlı şəxsə atəş açıb. Nəticədə o ölüb. Adı açıqlanmayan həmin şəxsin zabit olduğu bildirilib. Hadisə zamanı bir polis yaralanıb. Hadisənin təfərrüatı açıqlanmayıb.
Araşdırma aparılır.