İsrailin könüllü xilasetmə fəaliyyəti ilə məşğul olan ZAKA ictimai təşkilatının üzvləri ölkənin cənubunda yerləşən Kibbutzda ən azı 100 cəsəd aşkar ediblər. Bu barədə İnsanoid “The Times of Israel” nəşrinə istinadən bu gün, 10 oktyabr tarixində xəbər verib.
HƏMAS radikallarının hücumu nəticəsində Kibbutz tamamilə dağıldığı üçün qurbanların sayı daha da arta bilər. Belə ki, həmin ərazidə minə yaxın insan yaşayırmış.
Bununla da HƏMAS-nin hücumundan sonra ölən israillilərin sayı 900-ə çatıb.