İsrailli deputatlar Qəzza zolağında keçirilən əməliyyatlarla bağlı hökümətə müraciət ünvanlayıblar. Bu barədə İnsanoid AzFront-a istinadən bu gün, 9 oktyabr tarixində xəbər verir.
Hakim koalisiyanın 16 israilli deputatı Qəzza zolağında aparılan əməliyyatın məqsədlərinin dəqiq müəyyənləşdirilməsini tələb edərək, baş nazirə və hökumətə imzalı məktub ünvanlayıblar:
▪️ bütün sektora nəzarət etmək,
▪️ bütün HƏMAS yaraqlılarının məhv edilməsi və ya qovulması,
▪️ əhalinin getməsi üçün sektordan Misirə sərhəd keçidinin açılması.