3 saylı istintaq təcridxanasına mobil telefon aparatının keçirilməsinin qarşısı alınıb. Bu barədə İnsanoid Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə istinadən bu gün, 14 dekabr tarixində xəbər verir.
Həbsdə olan Elşad Allahverdi oğlu Zəkiyevlə görüşə gəlmiş həyat yoldaşı Səidə Əlikram qızı Zəkiyevanın əşyalarına və üzərinə baxış keçirilən zaman corabının içində gizlətdiyi və daxilində 2 ədəd danışıq kartı olan “Redmi” markalı mobil telefon aparatı aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.