İsveç PKK terror təşkilatının bir üzvünü Türkiyəyə təhvil verib. Bu barədə 16 noyabr tarixində Report Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapara istinadən xəbər verib.
Terrorçunun adı və vəzifəsi hələ ki açıqlanmayıb.
Qeyd edək ki, terrorçuluqda şübhəli bilinən şəxslərin Türkiyəyə təhvil verilməsi İsveçin NATO-ya üzv olmasından ötrü Ankaranın irəli sürdüyü şərt idi.
İlk dəfə İsveç PKK ilə əlaqəsi olan şəxsi 2022-ci ilin dekabrında Türkiyəyə təhvil verib.
2023-cü ilin iyununda da İsveç tərəfindənTürkiyəyə PKK tərəfdarını təhvil vermə həyata keçirilib.