İtaliya millisinin və "Yuventus" klubunun sabiq futbolçusu Corco Kyellini karyerasını başa vurub. Bu barədə İnsanoid "Goal.com" saytına istinadən bu gün, 12 dekabr tarixində xəbər verir.
39 yaşlı müdafiəçi tezliklə qərarını rəsmən açıqlayacaq.
Təcrübəli oyunçu "Yuventus"la 9 dəfə A Seriyasının, 5 dəfə ölkə kubokunun qalibi olub. Kyellini 2021-ci ildə İtaliya yığması ilə Avropa çempionatında da qızıl medala sahib çıxıb.