Türkiyənin İzmir şəhərinin Dikili rayonunun sahilində balıqçı gəmisinin batması nəticəsində göyərtədəki 10 nəfərdən 3-ü ölüb, 5 nəfər yaralı xilas olunub. Bu barədə 30 yanvar tarixində TRT Haber məlumat verib.
Hadisə zamanı 2 nəfər itkin düşüb.
Su nəqliyyat vasitəsinin hansı səbəbdən batdığı hələlik məlum deyil.
İtkin düşmüş iki nəfərin axtarışları davam etdirilir.