Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel noyabrın 16-da İsrailə səfər edəcək.
Bu barədə Report 13 noyabr tarixində xəbər verib.
O, İsrail Prezidenti İsxak Hersoq və bu ölkənin xarici işlər naziri Eli Koenlə görüşəcək.
Bundan başqa, Avropa diplomatiyasının rəhbərinin Qəzza zolağına səfəri də gözlənilir.