Məşhur “Kalambur” televiziya verilişinin aktyoru Sergey Qladkov vəfat edib. Bu barədə 19 oktyabr tarixində APA xarici KİV-yə istinadən məlumat verib.
Qeyd edək ki, Qladkov 60 yaşında vəfat edib. Aktyor “Axmaqlar kəndi” ("Derevnya durakov”), “Kalambur Barı” və sairə televiziya şoularında yaddaqalan rollar ifa edib.
Qladkov son illər Ukraynanın Odessa şəhərində yaşayıb və orada dünyasını dəyişib.