Kəlbəcərdə avtomobil aşıb, ölən var. Bu barədə 29 noyabr tarixində Report məlumat verib.
Belə ki, 1969-cu il təvəllüdlü Kəlbəcər rayon sakini Adil Həsənov "Niva" markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.