"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Bu barədə 28 noyabr tarixində APA məlumat verib.
Qərara əsasən, Ə.Orucov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Əziz Orucov ötən gün saxlanılıb və evində axtarış aparılıb. Ona Cinayət Məcəlləsinin 188-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə ittiham verilib.