Keniyanın paytaxtı Nayrobidə yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış və sonrakı yanğın nəticəsində azı iki nəfər həlak olub. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 2 fevral tarixində xəbər verir.
Ölkənin “Standard” qəzetinə görə, partlayış fevralın 1-dən 2-nə keçən gecə baş verib. Partlayış yaxınlıqdakı evlərə sıçrayan yanğına səbəb olub.
Keniyanın Qırmızı Xaç Komitəsi insident nəticəsində 298 nəfərin yaralandığını açıqlayıb. Onlardan 271-i xəstəxanaya yerləşdirilib.
Yanğın söndürülür, əhali hadisə yerindən təxliyə olunur.