HƏMAS-nin siyasi qanadının lideri İsmayıl Həniyənin dəfn mərasimi ilə bağlı ziddiyyətli məlumatlar gəlməkdə davam edir. Bu barədə 31 iyul tarixində APA məlumat verib.
Səudiyyə Ərəbistanının "Əl-Hədət" telekanalı onun son illər yaşadığı Qətərin paytaxtı Dohada dəfn ediləcəyini bildirib.
İranın "Tasnim" agentliyi isə İsmayıl Həniyənin sabah Tehranda dəfn olunacağı ilə bağlı məlumat yayıb.
Xatırladaq ki, HAMAS lideri gecə saatlarında Tehranda hücum nəticəsində öldürülüb.