Səudiyyə Ərəbistanı Pro Liqasında XXXIV turun oyunları çərçivəsində “Əl-İttihad”la matçda (4:2) dubl edən “Əl-Nasr” klubunun üzvü Kriştianu Ronaldu yeni rekorda imza atıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 28 may tarixində xəbər verir.
35 yaşlı futbolçu 4 fərqli ölkə çempionatında ən çox qol vuran futbolçu kimi tarixə düşüb.
35 qolla Səudiyyə Ərəbistanı çempionatının bombardiri olan K.Ronaldu, daha əvvəl üç dəfə İspaniya La Liqası, İtaliya A Seriyası və İngiltərə Premyer Liqasında da ən çox qol vuran futbolçuların siyahısına başçılıq edib.