Bu gün, aprelin 28-də Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb. Bu barədə Report məlumat yayıb.
Hadisə rayonun Garis Əyribənd kəndində qeydə alınıb.
Həmin kənd sakini, 63 yaşlı Dilqəm Nadirov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən Ərəbqubalı kənd sakini, 56 yaşlı Əvəz Səmidovun idarə etdiyi “VAZ-2106” avtomobillə toqquşub.
Nəticədə “VAZ”ın sürücüsü və iki sərnişini xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.