Kürdəmirdə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə İnsanoid bu gün, 23 avqust tarixində Report-a istinadən xəbər verir.
Yolu keçən 37 yaşlı Bəhrəm Mikayılovu avtomobil vurub.
O, xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.