Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.
Bu barədə 13 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Qanunsuz tikili FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Kürdəmir Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə sökülüb.