Kürdəmirdə 5 ət kəsimi məntəqəsində sanitar-gigiyenik normaların pozulduğu məlum olub. Bu barədə 5 avqust tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Rayon ərazisində yerləşən ət kəsimi və satışı məntəqələrində monitorinq keçirilib.
Keçirilən tədbir zamanı 5 məntəqədə sanitar-gigiyenik normaların pozulması halları aşkarlanıb.
Qayda pozuntusuna yol verən şəxslərlə profilaktik söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin “Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə” maddəsi ilə protokol tərtib olunaraq Qida Təhlükəsizliyi Agentliyinə göndərilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.