Küveytin yeni əmiri Maşaal Əs-Sabah parlamentdə and içib. Bu barədə 20 dekabr tarixində APA xarici KİV-yə istinadən məlumat verib.
O, rəsmən səlahiyyətlərinin icrasına başlayıb.
Xatırladaq ki, Küveytin əvvəlki əmiri Navvaf əl-Əhməd əl-Cabir əs-Sabah dekabrın 16-da vəfat edib.