Laçın sakini aprelin 20-də Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində əmisini dırmıqla öldürüb. Bu barədə Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Rayon sakini yaşadığı evin həyətində münaqişə zəminində əmisinin baş nahiyəsinə dırmıqla zərbə endirib. Yaralı xəstəxanaya yerləşdirilib, lakin aprelin 26-da dünyasını dəyişib.
Əməli törədən şəxs saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.