Laçında çətənə bitkiləri aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən İnsanoid-ə məlumat verilib.
Belə ki, rayonun Qarıqışlaq kəndinin ərazisində, Həkəri çayının sahilində çətənə bitkiləri aşkar edilib.
Yabanı halda bitən ümumilikdə çəkisi 2 ton 320 kiloqram olan 5 158 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.