Aprelin 29-da saat 14 radələrində Laçın rayonunun Səfiyan kəndi ərazisində 1992-ci il təvəllüdlü Pərvin Salahov piyada əleyhinə minaya düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
İlkin araşdırmalara əsasən, P. Salahov həmin ərazidə tikinti şirkətində fəhlə kimi çalışırdı. O, ağır dərəcəli bədən xəsarətləri alıb.
Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.