Lerik polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi və qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən şəxsi saxlayıb. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, yanvarın 12-də xəbər verir.
Əvvəllər məhkum olunmuş rayon sakini Nicat Quliyevdən axtarış zamanı marixuana aşkarlanıb.
Əməliyyat tədbirlərinin davamı olaraq, həmin şəxsin Lerik şəhəri ərazisindəki zibil poliqonunda yerləşən köhnə tikilinin damında gizlətdiyi "AK-74" markalı avtomat, həmin silaha aid daraq, 17 ədəd patron və sellofan bükümdə marixuana aşkarlanaraq götürülüb. N.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.