Lerik polisi rayonun Lüləkəran kəndi ərazisində dağın yamacından silah-sursat aşkarlayıb. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 30 noyabr tarixində xəbər verir.
Həmin ərazidən 1 ədəd "AKS" markalı, 1 ədəd isə "AKM" markalı olmaqla ümumilikdə 2 ədəd avtomat və 5 ədəd patron aşkarlanaraq götürülüb.
Bundan əlavə, 1 nəfər rayon sakinindən lüləsi kəsilmiş ov tüfəngi, 5 nəfər rayon sakinindən isə müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.