Little Big musiqi qrupunun keçmiş rəqqası, şoumen və "Puxlyash" kimi tanınan aktyor Dmitri Krasilov 29 yaşında vəfat edib. Bu barədə 19 dekabr tarixində "Unikal" məlumat verib.
Krasilovun cəsədi öz mənzilində tapılıb. Şoumenin hansı səbəbdən dünyasını dəyişməyi tibbi ekspertizadan sonra məlum olacaq.
Qeyd edək ki, o, LittleBig Uno qrupunun klipində çəkildikdən sonra şöhrət qazanıb. Bu mahnı ilə qrup 2020-ci ildə Eurovision-da Rusiyanı təmsil edib. Krasilov filmlərdə də rol alıb. O, “Robot Tolya”, “İvanovlar-İvanovlar” və “Dıldı” kimi layihələrdə iştirak edib.