Livanın paytaxtı Beyrutda ABŞ səfirliyinə hücum edilib. Bu barədə İnsanoid TASS-yə istinadən bu gün, 18 oktyabr tarixində xəbər verir.
Səfirlik qarşısındakı aksiya Qəzza zolağındakı hospitala atılan raketdən sonra qəfil baş tutub.
Güc strukturunun əməkdaşları diplomatik nümayəndəliyin giriş və çıxışını bağlayaraq təhlükəsizliyi təmin etməyə çalışıblar.
Livan polisi ABŞ səfirliyinə basqın etməyə cəhd edən fəallara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.
Təhlükəsizlik qüvvələri diplomatik nümayəndəliyin ərazisinə gedən keçidləri tikanlı məftillər və dəmir qalxanlarla bağlayıb.