95 yaşlı David Marjot Londonun Kingston Universitetinin ən yaşlı məzunu olub. Bu barədə 6 fevral tarixində Qafqazinfo xəbər verir.
Belə ki, təqaüddə olan psixiatr universitetin Müasir Avropa Fəlsəfəsi üzrə magistr dərəcəsini başa vurub.
Bakalavr təhsilini 72 il əvvəl aldığını deyən Marjot oxumağın yaşı olmadığını deyib:
“Diplom çox ağır işdir. Üstəgəl yaddaşım da artıq əvvəlki kimi deyil”.
Böyük Britaniyanın Surrey şəhərindən olan Marjot başqa bir kursla maraqlandığını bildirib. O bildirib ki, həmin kursu başa vura bilsə, 102 yaşında növbəti dəfə məzun olacaq.