Dünən, martın 17-də bir şəxs Binəqədi rayonunda avtomobilin şüşəsini qıraraq oradan oğurluq edib. Həmin nəqliyyat vasitəsinin müğənni Səmra Rəhimliyə məxsus olduğu bilinib. Bu haqda ifaçı sosial şəbəkədə izləyicinin sualını cavablandıraraq danışıb.
Belə ki, əvvəllər də məhkum olunmuş cinayətkar “Chevrolet” markalı avtomobilin salonundan pul oğurlayıb. O, 3 ay müddətinə inzibati qaydada həbs edilib.
Faktla bağlı araşdırma davam edir.