Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində "Globus" Ticarət Mərkəzinin yaxınlığında yerləşən avtoservis binasında partlayış baş verib, 27 nəfər ölüb. Bu barədə 15 avqust tarixində İnsanoid Rusiya KİV-yə istinadən məlumat verir.
Partlayış nəticəsində ölənlər arasında azyaşlılar da var. 102 nəfər yaralanıb.
Məlumata görə, dünyasını dəyişən hər bir şəxsin ailəsinə 1 milyon rubl vəsait ödəniləcək.
Dağıstan Respublikasında 15 avqust matəm günü elan olunub.