"Mahir Ay Brat" ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyevə hökm oxunub. Bu barədə 30 yanvar tarixində Report məlumat verib.
Hökmə əsasən, Mahir Qonşuyevə 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Meyxanaçı məhkəmə zalından azadlığa buraxılıb.
Ona elektron qolbaq tətbiq olunacaq.
Qeyd edək ki, meyxanaçı saxlanılarkən üzərində metamfetamin aşkar edilib. Həmçinin onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən meyxanalar paylaşdığı müəyyən edilib.
Mahir Qonşuyevə qarşı “satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma” maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.