Məhkumun gizlətdiyi silahı DİN əməkdaşları tapıblar. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 12 oktyabr tarixində xəbər verir.
Oktyabrın 10-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Əməliyyat Aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 2 saylı istintaq təcridxanasında saxlanılan məhkumun azadlıqda olarkən basdıraraq gizlətdiyi 1 ədəd lüləsi kəsik ov tüfəngi və 4 ədəd güllə Göygöl rayonunun Çaylı kəndindəki boşluq ərazidə aşkar edilərək götürülüb.
Bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.
Faktla bağlı araşdırma aparılır.