Bu gün, aprelin 25-də Champions Chess Tour onlayn şahmat turnirinin birinci mərhələsinin 4-cü turunun oyunları keçiriləcək. Şəhriyar Məmmədyarov polşalı qrosmeyster Yan-Kşiştof Duda ilə qarşılaşacaq.
Digər oyunlarda Karlsen Pranyanadxa ilə, Hansen Liam Lye ilə, Giri isə Van Forestlə üz-üzə gələcək. Qeyd edək ki, Məmmədyarov ilk iki turda çinli Le Lyeyə qalib gəlib, hindistanlı Praqnanandhaya və kanadalı Hansenə isə uduzub. İlk 3 turdan sonra şahmatçımız 3 xal yığaraq sonuncu yerdə qərarlaşıb.
Turnir aprelin 28-nə qədər davam edəcək. Yarışın mükafat fondu 210 min dollar təşkil edir.