Mərkəzi Bank "Sədərək" Ticarət Mərkəzi barəsində cərimə protokolu tərtib edib. Bu haqda Baku Tv aprelin 25-də xəbər paylaşıb.
İddiaya əsasən, şirkət rəhbərliyi avans yolu ilə ölkə xaricinə çıxardığı valyuta qarşılığında hər hansı xidmət almayıb və həmin valyutanı ölkəyə geri qaytarmayıb.
Şirkəti ölkədən çıxardığı valyutanın 30%-i məbləğində cərimə cəzası gözləyir. Protokola Qaradağ Rayon Məhkəməsində baxılacaq.
Qafqazın ən böyük bazarı hesab olunan "Sədərək" Ticarət Mərkəzinin rəhbəri Yunis Qədimbəylidir.