Türkiyənin şimal-qərbindəki Mərmərə dənizində taxıl daşıyan iki yük daşıyıcısı toqquşub, - ölkənin Baş Sahil Mühafizəsi İdarəsi məlumat yayıb.
“İzmail limanından Valensiyaya üzən, göyərtəsində buğda olan 122 metrlik “Haje Halimeh” yük gəmisi Qafqaz limanından Aşdoda gedən və taxıl daşıyan 169 m uzunluğunda “Asomatos” yükdaşıyıcısı ilə Mərmərə dənizində toqquşub. Gəmilərə maddi ziyan dəyib, lakin aparılan monitorinqlər nəticəsində ölən, xəsarət alan və ətraf mühitin çirklənməsi aşkar edilməyib”, - deyə məlumatda qeyd olunub.
The wheat-laden dry cargo ship HAJE HALIMEH, which was going from Izmail to Valencia, collided with the grain-laden cargo ship named ASOMATOS, which was sailing to Ashdod near the island of Marmara.
İzmail’den Valencia’ya gitmekte olan HAJE HALIMEH isimli buğday yüklü kuru yük… pic.twitter.com/1UqX9BKOBM
— JournoTurk (@journoturk) October 13, 2023