Cari ilin mart ayında 202 min nəfərdən çox şəxs ailə başçısını itirməyə görə pensiya və müavinət alıb. Bu barədə 25 aprel tarixində Dövlət Sosial Müdafiə Fondunun Twitter səhifəsində məlumat verilib.
Məlumata əsasən, onlardan 147 min nəfərdən çoxu pensiya, 55 min nəfərdən çoxu isə müavinət alıb.
2022-ci ilin mart ayında ailə başçısını itirməyə görə pensiya və ya müavinət alanların sayı 202 min nəfərdən çox olub. Onlardan 147 min nəfərdən çoxu pensiya, 55 min nəfərdən çoxu isə müavinət alanlardır pic.twitter.com/Xm8YQuGe68
— Dövlət Sosial Müdafiə Fondu (@dsmfsosialgovaz) April 25, 2022