Masallı rayonunun Hüseynhacılı kəndinin ərazisində meşə dolayının yaxınlığında silah-sursat tapılması barədə polisə məlumat daxil olub. Bu barədə 29 dekabr tarixində Report məlumat verib.
Əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "AK-74" markalı avtomat və 30 ədəd patron aşkarlanaraq götürülüb.
Fakt üzrə araşdırma aparılır.