Masallıda güclü şaxta çoxsaylı abonentləri qazsız qoyub. Bu barədə İnsanoid Report-a istinadən bu gün 16 yanvar tarixində xəbər verir.
Masallı rayonu Təzə Alvadı qazpaylayıcı stansiyadan qidalanan Meşəkənarı istiqamətində Yeyənkənd, Böyük Xocavar, Tatyanoba, Güllütəpə, Meşəkənarı kəndlərini təbii qazla təmin edən diametri 273 mm orta təzyiqli qaz xətti güclü şaxtanın təsirindən qırılıb.
Nəticədə iki min abonentin qaz təchizatı saat 04:20-dən dayandırılıb.
“Sakinlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etmələri xahiş edilir”, - deyə məlumatda vurğulanıb.