Masallıda sabah 1800 abonentin qaz təchizatında məhdudiyyət yaranacaq. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 12 fevral tarixində xəbər verir.
Masallı rayonunun Bambaşı kəndində diametri 219 mm-lik orta təzyiqli daşıyıcı qaz xəttində aşkar edilmiş yeraltı qaz sızmasının aradan qaldırılması məqsədilə Bambaşı, Böyük Xocavar, Yeyənkənd və Köhnə Alvadı kəndinin bir hissəsi olmaqla ümumilikdə 1 800 abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.