Fransanın ən böyük muzeylərindən biri olan Parisdəki Luvr muzeyinə bomba qoyulması xəbəri yayılıb. Bu barədə İnsanoid xarici KİV-lərə istinadən bu gün, 14 oktyabr tarixində xəbər verir.
Bomba xəbəri yayıldıqdan sonra muzeyin qapıları ziyarətçilər üçün bağlanıb.
Muzeyə gələnlər təcili təxliyə edilib, polis sarayı mühasirəyə alıb, araşdırma aparılır.