Maştağa sakinindən “Makarov” markalı tapança və narkotik aşkar edilib. Bu barədə 13 sentyabr tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və odlu silah saxlayan Maştağa qəsəbəsinin 49 yaşlı sakini Eldar Babayev tutulub. O, əvvəllər də məhkum olunub.
E.Babayevdən narkotik vasitə olan heroin, 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.