Media nümayəndələri Qazaxın işğaldan azad olunmuş Qızılhacılı kəndindən sonra Aşağı Əskipara və Bağanıs Ayrım kəndlərində olublar. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 28 may tarixində xəbər verir.
Mediatur Dövlət Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı ilə baş tutub. Media nümayəndələri sərhədçilərin xidməti ilə yerində tanış olublar.
Burada ermənilərin törətdiyi vandalizmi yaxından görüblər. Jurnalistlər kəndlərdə dağıdılmış evlərə baxış keçiriblər.