"İşğaldan azad edilmiş torpaqlarımızda artıq 6 məktəb fəaliyyət göstərir". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva deyib.
Bu barədə 17 noyabr tarixində APA məlumat verib.
Onun sözlərinə görə, uşaqların mənəvi sosial inkişafı təhsildən asılıdır: "Təhsil uşaqları pis vərdişlərdən, yoxsulluqdan və bu kimi digər problemlərdən xilas edir".
M.Vəliyeva bildirib ki, artıq işğaldan azad edilmiş torpaqlarımızda 6 məktəb fəaliyyət göstərir: "Bu, özü də artıq uşaqlarımızın hüquqlarının işğaldan azad edilmiş torpaqlarımızda qorunması deməkdir, bu, çox sevindirici və qürurverici haldır".