Meksikanın şimalında şəxsi təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb. Bu barədə 6 yanvar tarixində Report xarici KİV-yə istinadən məlumat verib.
Aviaqəza ölkənin şimalındakı Koauila ştatının Ramos Arispe şəhərindəki Plan de Qvadalupe beynəlxalq hava limanı yaxınlığında baş verib.
Ştatın Baş Prokurorluğundan bildirilib ki, hadisə nəticəsində 3 qadın və 1 kişi ölüblər.
Yerli hakimiyyət orqanları qəzanın səbəbləri barədə məlumat verməyib.