Son bir ay ərzində ölkənin meşə fondu torpaqlarında 430 mindən artıq ağac əkilib. Bu barədə 22 noyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Payız əkin planına uyğun olaraq, ölkə ərazisinin meşə fondu torpaqlarında bu günədək ümumilikdə 433 min göyrüş, ağcaqayın, fıstıq, akasiya, qovaq, vələs və digər müxtəlif cinsli ağac tingləri əkilib, 12 tondan artıq toxum səpilib.
Əkində istifadə olunan ağac tingləri Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilib.