Balakən polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 30 may tarixində xəbər verir.
Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 38 yaşlı rayon sakini Qurban Həsənov saxlanılıb.
Onun meşə massivində əkib-becərdiyi 65 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və aqrotexniki qulluq göstərdiyini bildirib.