Metronun "Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarda texniki nasazlıq yaranıb. Bu haqda aprelin 23-də 1news.az məlumat yayıb.
Sərnişinlər "28 May" stansiyasında qatardan düşürülüb və qatar xəttdən çıxarılıb. Buna görə xətdə 12 dəqiqəyə yaxın yubanma olub.
Bildirilib ki, ümumilikdə qatarlararası interval qorunub saxlanılıb.