Moldova fövqəladə vəziyyətin müddətini daha 30 gün uzadıb. Bu barədə İnsanoid yerli mediaya istinadən bu gün, 24 noyabr tarixində xəbər verir.
Ölkə parlamentinin qəbul etdiyi qərar dekabrın 1-dən etibarən qüvvəyə minəcək.
Bu, regional təhlükəsizliklə bağlıdır.
Moldovada fövqəladə vəziyyət ötən il fevralın 24-də - Ukraynada müharibə başlayanda elan edilib. Daha sonra fövqəladə vəziyyətin müddəti 3 dəfə uzadılıb.