Moskva metrosunun “Peçatniki” stansiyasında iki qatar toqquşub. Bu barədə İnsanoid Rusiya mətbuatına istinadən bu gün, 11 oktyabr tarixində xəbər verir.
“Bu gün səhər saat 10:22-də Lyublinsko-Dmitrovskaya xəttində yerləşən “Peçatniki” stansiyasında depodan sərnişinsiz hərəkət edən köhnə qatar stansiyada dayanmış qatara çarpılıb”, - deyə idarədən bildirilib.
Moskva meri Sergey Sobyanin bildirib ki, hadisə zamanı qatarın maşinisti yaralanıb və ona köməklik göstərilir. Sərnişinlər arasında ciddi xəsarət alan olmayıb.
Fövqəladə hallar xidmətinin bildirdiyinə görə, xilasedicilər sürücünün yolunu açmağa başlayıblar.
[video width="1024" height="576" mp4="https://insanoid.com/storage/thumbs/large/2023/10/576p.mp4"][/video]